Cəmiyyət 

ADA Universitetinin müəllimi: “Peşəkar jurnalistika müasir informasiya vasitələrinin rolunu artırmalıdır”

Dezinformasiya siyasəti beynəlxalq sabitliyə təhdiddir.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilə Dayanıqlı İnkişaf Forumunda ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva deyib.

Onun sözlərinə görə, internet KİV üçün böyük auditoriya yaradıb: “Subyektiv fikirlərin daha çox yer aldığı bir məqamda peşəkar jurnalistikanın rolu artır və bu sahə əhaliyə informasiyanın çatdırılması üçün müasir vasitələrin imkanlarını artırmalıdır”.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Daha çox xəbərlər