Qonşusu tərəfindən 5 bıçaq zərbəsi vurulan gənc xəstəxanada öldü
Salyan rayonunda bir neçə bıçaq xəsarəti yetirilən şəxs ölüb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Boranıkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu tərəfindən bıçaqlanıb. H.Hüseynov bədəninin müxtəlif hissələrindən 5 bıçaq yarası ilə Salyan Rayon Xəstəxanasının cərrahiyə şöbəsində əməliyyata götürülüb.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, Hilal Hüseynov yerləşdirildiyi xəstəxanasında keçinib.Faktın təfərrüatları Salyan Rayon Prokurorluğunda araşdırılır.

