Bakıda avtobusda faciə
Bakıda ahıl kişi avtobusda ölüb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Rayon sakini, 1950-ci il təvəllüdlü Bəxtiyar Mustafayevin marşrut avtobuslarından birində qəfildən halı pisləşib. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, B. Mustafayev ürəktutmasından ölüb.

