Hadisə 

Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanıldı

Gədəbəy rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, iyul ayının 20-də rayon sakini Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək günorta saatlarında tanımadığı iki nəfər şəxsin yaşadığı evə qeyri-qanuni daxil olaraq, zorla 1000 manat pulunu və bir ədəd mobil telefonunu alaraq qaçıblar.

Qeyd olunur ki, RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini N.Zülfüqarov və onun yetkinlik yaşına çatmayan oğlu İ.Zülfüqarov saxlanılıb.

Tutulan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini bildiriblər. Bundan başqa istintaq zamanı İ.Zülfüqarovun Bakı şəhərində də oxşar cinayət hadisəsini törətməsi də məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər