Dünya 

Soçi dağlarında itkin düşən turistlər tapıldı – YENİLƏNİB + VİDEO

Soçi dağlarında itkin düşən 11 turistin hamısı tapılaraq helikopterlə evakuasiya edilib.

“RİA Novosti” agentliyi bu barədə Soçi şəhər administrasiyasına istinadən məlumat yayıb.

“Göyərtəsində yeniyetmələrin də olduğu Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Mi-8” helikopteri uğurlu eniş edib”, – deyə rəsmi məlumatda qeyd olunur.

10:57

Rusiyanın Krasnodar diyarında fövqəladə hallar idarəsinin axtarış-xilasetmə xidmətinin əməkdaşları dağlarda itkin düşmüş bir qrup turisti axtarır.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Əldə edilən məlumata görə, əksəriyyəti yeniyetmələrdən ibarət olan 11 turist rəsmi qurumları  xəbərdar etmədən Soçi şəhəri yaxınlığındakı dağlıq əraziyə səfərə çıxıblar.

Axtarışlara canlı qüvvə və texnika cəlb edilib.

Daha çox xəbərlər