Dünya 

Lavrov 8 ildən sonra Suriyaya səfər edib

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Suriyaya səfər edib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, nazirin Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşü planlaşdırılıb.

Bundan başqa, S.Lavrovun suriyalı həmkarı Valid Muallimlə görüşü gözlənilir.

Qeyd edək ki, bu, rusiyalı nazirin Suriyaya 2012-ci ilin fevralından sonra ilk səfəridir.

Daha çox xəbərlər