Sosial 

“Özünlə bərabər məni də öldürdün…” – qızı qətlə yetirilən azərbaycanlı müğənni ÜRƏK DAĞLADI

Xəbər verdiyimiz kimi bir müddət öncə “Toylar kraliçası” müğənni Zəminə Məmmədovanın qızı qətlə yetirilib.

ARANTV.AZ xəbər verir ki, qızı qətlə yetirilən müğənni Zəminə qızının fotosunu paylaşaraq:

“Arzusu ürəyində qalan qızım. Anan sənin ürəyinə qurban. Özünlə bərabər məni də öldürdün. Diri ikən sənsiz ölüyəm bunnan sonra. Amma sənin mənə yadigar qoyduğun övladlarının xatirinə yaşayacam və onları yaşadacam inşallah ” sözlərini qeyd edib.

Qeyd edək ki, Zəminənin qızı Şəhanə də müğənnilik edirmiş. “Musiqili meydan” yarışmasının iştirakçısı olan Şəhanəni həyat yoldaşı qətlə yetirib.BiG.AZ

Daha çox xəbərlər