Təhsil 

Keçid balı toplayıb seçimdə iştirak edə bilməyənlərin NƏZƏRİNƏ

Bu il müəllimlərin işə qəbulu üzrə 8 min 300-ə yaxın vakant yer ayrılıb.

Bu barədə Təhsil Nazirliyinin canlı yayımında çıxış edən Nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.

O bildirib ki, ötən illərdən fərqli olaraq, bu il peşə məktəbləri üçün də vakant yer təqdim olunub.

“Eyni zamanda, onu da qeyd edim ki, keçid balı toplayıb indiki seçimdə iştirak edə bilməyənlər, ilboyu olacaq yerləşdirmələrdə iştirak edib vakant yer tuta biləcəklər”.

Daha çox xəbərlər