Keçmiş məhkum Gədəbəy sakinini hədələdi — 10 manatını aldı
Gədəbəy sakinini hədələyərək 10 manatı alan keçmiş məhkum saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, iyulun 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib 10 manat pulunu alıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılıb.ölkə.az

