Dünya 

Hindistanda musson yağışları — 50 ölü

Hindistanın Uttar-Pradeş ştatında musson yağışları tüğyan edir.

ARANTV.AZ xəbər verir ki, son iki sutka ərzində ən azı 50 nəfər həlak olub. Əvvəlcə 27 nəfərin öldüyü barədə bildirilirdi.

Ən çox ölüm hadisəsi Saxaranpurda baş verib. Burada yağışlar 11 nəfərin həyatına son qoyub. Aqra şəhərində də 6 nəfərin ölümü qeydə alınıb.

Eyni zamanda Meerut, Manipuri, Kasqanc və digər yaşayış məntəqələrindən də ölənlər barədə məlumat daxil olur. İnsanlar əsasən evlərin dam örtüklərinin uçması, ağacların və işıq dirəklərinin yıxılması və ildırım vurması səbəbindən həlak olublar.


Ölkə.Az

 

Daha çox xəbərlər

Leave a Comment