Bakıda avtomobil beton səddə çırpıldı – VİDEO
Bakıda Novxanı-Masazır avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı 10-SU-966 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarında olan betona çırpıb.
Xoşbəxtlikdən ölən olmayıb, lakin sürücü müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Baku TV

