Hadisə 

Bakıda evakuator piyadanı vurub – FOTO

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

45-50 yaşlarında olan kişi yerüstü piyada keçidinin altında qəfil yola çıxıb.

Bu zaman onu Rüfət Nəbiyevin idarəetməsində olan “Mitsubishi” markalı evakuator vurub. Yaralı ağır kəllə-beyin travması alıb.

APA

Daha çox xəbərlər