Süd almaq bəhanəsi ilə aldadıb 86 yaşlı qadına TƏCAVÜZ ETDİ
Hindistanda 30 yaşlı gənc 86 yaşlı qadına təcavüz edib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Hindistan polisinin məlumatına görə paytaxt Dehlidə hadisə bazar ertəsi axşam baş verib.
Qadın süd almaq üçün gözləyən zaman cinayətkar qadına bu gün südçünün gəlməyəcəyini söyləyərək onu süd ala bilməsi üçün başqa bir yerə aparmağı təklif edib.
Həmin şəxs qadını tarlaya apararaq ona təcavüz edib. Qadının qışqırıqlarını eşidən kəndlilər tərəfindən qadını xilas edib və cinayətkar şəxs tutularaq polisə təhvil verilib.
Dehli Qadın Komissiyasının sədri Svati Malivalın Qadının üzündə və bədəninin digər hissələrində göyərtilər olduğunu və Dehli Ali Məhkəməsinin sədrinə təcavükarı edam etdirmək üçün bir məktub göndərəcəyini bildirib.
Qeyd edək ki, Hindistanda hər il on minlərlə təcavüz hadisəsi baş verir.

