KTMT-yə rəhbərlik İrəvandan alınır? – Açıqlama
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsi 2020-ci ilin 1 yanvarına qədər Ermənistana məxsusdur.
ARANTV.AZ xəbər verir ki, bunu “Tert.am” saytına açıqlamasında KTMT-nin baş katibinin müavini Valeri Semerikov deyib.
“Xaçaturovun vəzifədən azad edilməsi məsələsini KTMT-nin Şurası həll edir. Şuranın qərarına görə, bu vəzifəni əlifba sırasıyla növbəli şəkildə alyansa üzv dövlətlər icra edir. Baş katiblik vəzifəsi 1 yanvar 2020-ci ilə qədər Ermənistana məxsusdur” – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan bundan öncə KTMT-yə üzv dövlətlərə Xaçaturova qarşı cinayət işinin başladılmasıyla əlaqədar baş katibin dəyişdirilməsi prosesinin başladılmasını təklif edib.
axar.az

