Cəmiyyət 

Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

ARANTV.AZ xəbər verir ki, Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Zəngilanın işğalının 25-ci ildönümü ilə əlaqədar rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar Şəhidlər Xiyabanında vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın məzarları önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər. Sonra Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi zamanı qəhramancasına həlak olan zəngilanlı şəhidlərin xatirəsi yad edildi. Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yüksəldilməsi dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu qəbildən olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov dedi ki, qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa olunan qəsəbələrə köçürülməsi dövlətin xüsusi münasibətinin əks etdirir.

Daha çox xəbərlər