Sabirabadda dəvəçiliyə maraq böyükdür
ARANTV.AZ xəbər verir ki, bir vaxtlar sarvanlar, tacirlər uzaq ölkələrə dəvə karvanı ilə səfər edirdilər. Zaman keçdikcə bu heyvanlardan minik vasitəsi kimi istifadə öz əhəmiyyətini itirsə də, dəvəçiliyə maraq hələ də var. Dövlət Statistika Komitəsinin məlumatına əsasən hazırda ölkəmizdə “səhra gəmisi”-nin sayı 220 baş təşkil edir.
Sabirabadda qədim dəvəçilik ənənələri davam etdirilir. Əgər 2007-ci ildə rayonda 3 dəvə saxlanılırdısa, indi onların sayı onlarladır. Təkcə rayonun Kovlar kəndində yerləşən təsərrüfatlardan birində 28 baş dəvə saxlanılır. Təsərrüfatda çalışan Füzuli Mustafayev deyir ki, “səhra gəmilərinə” qulluq etmək o qədər asan deyil.
Ümumiyyətlə, Sabirabadın iqlim şəraiti də imkan verir ki, burada dəvəçilik daha geniş şəkildə inkişaf etsin. Quru yerləri sevən bu heyvanlar üçün rayonun ərazisi əlverişli məkandır. Dəvələr xüsusi yemlərlə bəslənir.
Yükgötürmə gücünə və dözümlülüyünə görə fərqlənən dəvələr sahibinə böyük xeyir gətirir. 1 ton yükü 90-100 km məsafəyə aparamaq qabiliyyətinə malik “səhra gəmi”lərinin inkişaf və böyüməsi digər ev heyvanları ilə müqayisədə çox sürətlidir. Ana dəvə ömrü boyu 15-20 bala verir. 4-5 yaşlı dəvənin ətvermə qabiliyyəti isə orta hesabla 450-500 kiloqramdır. Təəssüf ki, belə xeyirli heyvandarlıq sahəsi zamanın tələbinə uyğunlaşaraq aktuallığını itirib. 19-cu əsrin sonrlarında təkcə Şamaxı qəzasında 5000 başa yaxın dəvə saxlanılıb. Əsəsən yük daşımada istifadə edilən bu heyvanların sayı Sovet dövründə, xüsusən də dəmir yollarının salınması ilə azalmağa başlayıb. Nəticədə müəyyən müddətdən sonra dəvələrin sayı az qala 50 başa çatıb. Son dövrlər isə bu sahəyə yenidən maraq yaranıb. Nəticədə…
Lakin, dəvə südü daha çox xalq təbabətində istifadə olunur. Deyilənlərə görə, o, göy öskürək, boğazağrısı, mədə-bağırsaq və vərəm xəstəliyinin müalicəsində əvəzolunmaz vasitədir. Dəvə əti də tərkibinə görə digər iribuynuzluların ətindən daha zəngindir. Bu heyvan qocaldıqda belə əti yumşaq olur.

