Bakıda 62 yaşlı piyadanı maşın vurdu
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Nərimanov Oktay Məmməd oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.“Report”

