Qitə
Etmə ayrı-seçki imandan varsa zərrə əsər
Olma təriqət düşməni öz yolunu tanı!
Haqqı qoyub nahaqqı qucma, aldanma sakın
Tanrı haqq iləndir bil ki, təmiz saxla vicdanı!
Qoy öysünlər özünü doyunca ol fərsizlər
Batində zaydı, yoxdur ədəb, mərhəmət hanı!
Mülkü olan zənn edir özünü aləmə sultan
Kəfəndən qeyri kim aparmış şöhrəti-şanı!
Öyür göydə mələklər, Yaradan Uca Tanrı
Vətən şəhidinin müqəddəs bir damla qanını!
Pəjmürdə dolanma olma müddəti eşqə dustaq
Əqlin olsun həmdəm,əziz tut əzizi canını!
Asudə gəzib gözləmə kimsədən məvacib
Fəqiranə dolaşma, əzm qıl ki, eylə inqilabını!
Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması olan qitə əruz vəznində yazılır. Beytlər şəklində olsa da Qəzəl, qəsidə janrlarından fərqli olaraq qitənin ilk beyti həmqafiyə olmur,beytlərin 2ci misraları bir-biri ilə qafiyələnir. 2beytdən 10 beytədək ola bilər.Qitələr daha çox, ictimai-siyasi, əxlaqi-tərbiyəvi, əxlaqi-fəlsəfi mövzuda olur. Mən də bu şeirimdə öz aspektimdən yanaşaraq,əxlaqi-tərbiyəvi-fəlsəfi bir mövzuya toxunmuşam.Şeir 7 beytdən ibarətdir. Şeirdə göstərilir ki, insan, bəli, din və təriqət seçimində azaddır.İnsan kor-koranə seçim etməməlidir. Əgər öz yolun varsa, bu o demek deyil ki, digər təriqətlərə nifrət edəcək qədər imansızlaşmalısan. Gerçəklikdə isə,istər müsəlman olsun, istər olmasın və ya təriqət fərqliliyi olsun kimsənin bir – birinin inancına xor baxması ədəbə, inanca, nə də imana uyğun gəlməyən düşüncələrdir.Şeirin təhlilinə əsasən insan haqdan yana olduqca, vicdanı təmiz olduqca Allah da ondan yana olacaq.İşləri, gücləri özlərini öymək olan fərsizlər isə insani keyfiyyətlərdən uzaq kəslərdir.Var dövləti ilə qürurlanan, sərvətinə görə məğrurlanan, özünü üstün tutanların da fəqirlər kimi yalnız bir kəfənlə gedəsi bir ünvanı, qovuşacağı bir məkanı var.Bəzi acizlər üçün vətən təəssübkeşliyi çəkmək, vətənin sabitliyi, insanlarının təhlükəsizliyi üçün canlarından keçən, şəhid olanların qanı anlamsız görünür. Lakin,Tanrı dərgahında şəhidin məqamını duya bilsə, şəhidlik üçün o acizlər belə qorxmazlar.6 cı beytdə insan ali hislər üçün yarandığından müvəqqəti eşq üçün özünü dəyərsizləşdirməməlidir fikri əksini tapıb. 7ci beytdə isə boş – boş gününü xərcləyən, özünü işə gücə vurmayan və başqlarından yardım gözləyən tənbəl, bivec admaların tənbəlliyin daşını atmaları, öz daxili inamını işə salaraq bir növ öz tənbəlliyi ilə inqilab etməsinin vacibliyi vurğulanıb.
Əsmər Məmmədova :Pedaqoq, gənc yazar,şairə

