İdman 

Uşuçularımız Dünya Kubokundan iki medalla qayıtdılar – FOTO

25 -29 oktyabr tarixində Çinin Hanqjou şəhərində keçirilən Uşu üzrə IX Dünya Kubokunda iki idmançımız medal qazanıb.

ARANTV.AZ xəbər verir ki, Orxan Hətəmov (48 kq) gümüş və Ruslan Pirəliyev (65 kq) bürünc medal əldə edib.

Yığma komandanın böyük məşqçisi, əməkdar məşqçi Baharəddin Səlimov bu turnirdə dünyanın ən güclü uşu-sandaçılarının mübarizə apardığını nəzərə alaraq nəticələrimizin yüksək olduğunu bildirib.

oxu.az

Daha çox xəbərlər