Dünya 

Rusiyada bir gündə 5 500-dən çox yoluxma olub, 57 nəfər ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 1,06 milyon nəfəri keçib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 5 509 nəfər virusa yoluxub, 57 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 068 320 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 18 635 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 878 700 nəfər virusdan sağalıb, 170 985 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər