Əsas səhifə 

Prezident İlham Əliyev Qax və Şəki şəhərlərində əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və yeni məktəb binasının tikintisi ilə bağlı Sərəncam imzalayıb

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qax Rayon İcra Hakimiyyətinə Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Prezident İlham Əliyev Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb. Sərəncama əsasən, 216 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Prezident İham Əliyev Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Prezident İlham Əliyev Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən,  960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Daha çox xəbərlər