Siyasət 

Ölmüş şəxs necə zərərçəkmiş şəxs kimi tanına bilər?” — millət vəkili

Vəkillər və vəkillik fəaliyəti haqqında qanun layihəsinə dəyişikliklik Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

ARANTV.AZ xəbər verir ki,qanun layihəsinə təklif edilən dəyişikliyə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev bəzi ifadələrin yerində işlədilmədiyini deyib:

“Dəyişiklikdə göstərilir ki, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun  üzərində qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının  dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Hesab edirəm ki, bu cümlədə ölmüş zərər çəkmiş ifadəsi doğru deyil. Cinayətin qurbanı ölürsə o zərərçəkmiş şəxs kimi tanına bilməz”.

Millət vəkili Əli Hüseynli bildirib ki, bu yanaşmanı işçi qrupunun diqqətinə çatdıracaq.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə  dilçilik baxımdan bu ifadənin səhv ola biləcəyini deyib:

“Qüdrət müəllim müəyyən mənada haqqlı ola bilər. Lakin düşünürəm ki, zərərçəkmiş şəxs yaralanıb bir müddət sonra ölə bilər. Məhz buna görə “Ölmüş zərər çəkmiş şəxs” ifadəsi işlədilib.

Daha sonra çıxış edən millət vəkili Siyavuş Novruzoz bildirib ki, Azərbaycanda vəkillik institutuna ehtiyac var:

“Vəkilliklə bağlı yetərincə hüquqi baza formalaşıb. Nümayəndəlik İnstitutu ləğv ediləndən sonra vəkillik institutuna ehtiyac yaranıb. Ona görə də qanunda bir az da sadələşdirmə aparmalıyıq. Xüsusən də,  bu sahəyə üz tutan gənlərə imkan yaratmalıyıq. Onların təkmilləşdirilməsi üçün əvvəllər institutlar mövcud idi, indi onlar yoxdur. Hər plenar iclasda Cinayət, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.  Vəkilləri bir araya toplayaraq bu dəyişikliklər barədə onları məlumatlandırmalıyıq. Çoxu prosesi bilir, lakin qanundakı dəyişiklikdən xəbərsiz olurlar”.

Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.


Ölkə.Az

Daha çox xəbərlər