Selfi çəkdirmək istədi — Xəstəxanalıq oldu
Sumqayıtda selfi çəkmək istəyən turist yıxılaraq ağır xəsarət alıb.
ARANTV.AZ-ın Report-a istinadən verdiyi xəbərinə görə, şəhərdəki dənizkənarı bulvarda Gürcüstan vətəndaşı 1993-cü il təvəllüdlü Nika Buruşvili selfi çəkmək istəyən zaman hündürlükdən yıxılıb.
O, bel sümüyünün sınığı diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

