Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Bəhruz Məhərrəmov sosial şəbəkələrlə bağlı təklif səsləndirib.
ARANTV.AZ xəbər verir ki, deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasının zəruriliyini vurğulayıb.
“Müqavilə bağlandıqdan sonra, Azərbaycanın həmin sosial şəbəkələrin ofislərində nümayəndələri ola bilər və bir çox məsələlər tənzimlənər”, – deyə B.Məhərrəmov əlavə edib.
B.Məhərrəmov onu da qeyd edib ki, Azərbaycanın “Facebook” və “Twitter”dəki nümayəndələri komissar kimi də fəaliyyət göstərə bilər.Oxu.Az

