Dünya 

Moskvada hotel yanır: xəsarət alan var

Moskvanın şimalındakı mehmanxanaların birində yanğın baş verib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə TASS-a fövqəladə xidmət orqanlarındakı mənbə deyib.

Yanğın Botanika küçəsi, ev 29 ünvanında yerləşən “Ostankino” hotelinin ikinci mərtəbəsində qeydə alınıb.

Hazırda həmin mərtəbədən tüstü çıxır, insanlar kömək istəyir.

Bir nəfərin xəsarət aldığı bildirilir.

Digər mərtəbələrdə olan insanlar binanı tərk edir.

Daha çox xəbərlər