Kriminal 

Şamaxıda qısqanc kişi arvadını öldürüb, qayınanasını isə…- QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

Şamaxı rayonunda qeyri-rəsmi münasibətdə olduğu qadını qətlə yetirib, anasını isə yaralamaqda təqsirli bilinən Tələt Həmidovun cinayət işi.

ARANTV.AZ  xəbər verir ki, hadisə Şamaxı rayonunun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Həmidov Tələt Həmid oğlu nikahsız yaşadığı Mədrəsə qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nəzərova Qotaz İsa qızını bıçaqlayaraq öldürüb.

Həmidov daha sonra onun anası Niyara da xəsarət yetirib.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həmidov tutulub və o hadisəni qısqanclıq zəmnində tötərdiyini deyib.

İstintaqla müəyyən olunub ki, Tələt Həmidov evdə dəfələrlə sərxoş vəziyyətdə qısqanclıq zəmnində qeyri-rəsmi ər-arvad kimi yaşadığı Qotaz Nəzərova ilə dalaşdığı üçün sonuncu küsüb qonşuluqda yaşayan anasının yanına gedib. İyunun 30-u günorta Tələt sərxoş vəziyyətdə qayınanasının evinə gəlib. Qadın onunla mübahisə erədək evdən çıxıb getməsini istəyib. Bu zaman hamam otağından çıxan Qotaz ona qəti şəkildə evə qayıtmayacağını deyib.
Siqaret çəkmək üçün gölə çıxarkən Niyar Nəzərovanın darvazanın qapısını arxasınca bağlaması Tələt Həmidovu dahada qəzəbləndirib. Hər ikisini öldürmək məqsədi ilə corabının arasında gəzdirdiyi bıçaqı çıxarıb qayınanasına iki zərbə vurub. Arvadı araya girib növbəti zərbələrin qarşısını aldığından Həmidov qayınanasını öldürə bilməyib.

Bu zaman Həmidov əvvəlcə yumruqla arvadının ağzına iki zərbə vurub. Qadın qonşuları köməyə çağırmaq üçün çölə çıxarkən Tələt onu yenidən həyətə salaraq saçlarından tutub yerə yıxıb. Anasının və azyaşlı qızın gözləri qarşısında yerə yıxdığı qadının bədəninə çoxsaylı bıçaq zərbləri vurub.

Daha sonra isə qonşu köməyə gələrək Tələtin əlindən bıçağı alıb.

Ağır bədən xəsarətləri alan Qotaz Nəzərova xəstəxanada dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində dindirilən Tələt Hüseynov ifadəsində 1997-ci ildə Qotaz Nəzərova ilə ailə həyatı qurduğunu və həmin nigahdan iki övladının olduğunu bildirib.

Bir müddət Mədrəsə qəsəbəsində qayınatasıgildə yaşayıb və sonradan onlarla qonşuluqda torpaq sahəsi alıb ev tikərək ora köçüb.

Tələt son 1 ildə yoldaşının ona xəyanət etməsindən şübhələnib. Bəzən işdən gələrkən yoldaşının evdə olmadığını və haradan gəlməsini soruşanda onun müxtəlif bəhanələr gətirdiyini deyib. Bu səbəbdəndə aralarında tez-tez mübahisələr yaranıb.

Axırıncı mübahisə zamanı arvadı uşaqlarıda götürüb atasının evinə qayıdıb.

Tələt Həmidov qayınatası gilə gedərək orada yoldaşı və qayınanası ilə mübahisə edib. Mübahisə zamanı qanlı cinayəti törədib.

Tələt Həmidovun təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və onun əməli cinayət məcəlləsinin müvafiq maddələri ilə tam sübuta yetirilib.

Məhkəmənin hökmü ilə 51 yaşlı Tələt Həmidov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.Az

Daha çox xəbərlər