Siyasət 

Nikolas Löbel: “Azərbaycan bizim üçün vacib tərəfdaşdır”

ARANTV.AZ xəbər verir ki, Almaniya Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Bu sözləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Nikolas Löbel Milli Məclisdə keçirdiyi görüşdə səsləndirib.

Ölkələrimizin mövcud münasibətlərindən danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, Azərbaycan Almaniya ilə əməkdaşlığa xüsusi önəm verir. O, münasibətlərdə parlament diplomatiyasının mühüm rolunu da qeyd etdi. Yenidən Bakıda olmaqdan çox məmnunam, deyən  Almaniya Bundestaqının deputatı Nikolas Löbel bildirdi ki, ölkəsi region, xüsusilə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Əlavə etdi ki, biz bütün istiqamətlərdə, xüsusilə iqtisadi, enerji sahələrində əməkdaşlığa böyük maraq göstəririk. O, bu ilin avqustunda Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfərinin mühüm əhəmiyyətini vurğulayaraq bunun tərəflər üçün faydalı olduğunu dedi. Diqqətə çatdırdı ki, bu səfər bütövlükdə Azərbaycanın Almaniya üçün vacib tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. Almaniyalı parlamentari xalqımızı Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə də təbrik etdi.

Daha çox xəbərlər