Cəmiyyət 

Bakıda TÜRKPA-nın Hüquqi Məsələlər və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib

ARANTV.AZ xəbər verir ki, Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquqi Məsələlər və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib.

İclası açan komitənin sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmet Uçma toplantını yüksək səviyyədə təşkil etdiyinə görə ölkəmizə təşəkkürünü bildirdi. Azərbaycanı Cumhuriyyətin 100 illik yubileyi münasibəti ilə təbrik edərək bildirdi ki, bu ölkə dünyada mədəniyyət-sənət paytaxtı, zəngin mənəvi irsi, maddi nemətləri, eyni zamanda insan qaynaqları ilə sayılıb-seçilir. Azərbaycanla Türkiyənin birgə atdığı addımlardan, rellaşdırdığı layihələrdən danışaraq görülən işlərin bütövlükdə türk dünyasının gələcəyinə hesablandığını dedi.

TÜRKPA-nın 10 illik tarixinə nəzər salan komitə sədri bildirdi ki, qurumun yarandığı vaxtdan qarşısına qoyulan məqsədlərinə çatması üçün çox iş görülüb. Lakin zaman və şərait bu işlərin daha da sürətləndirilməsini tələb edir. İsmet Uçma Assambleyanın 10 illik yubileyi ilə bağlı gələn ay İzmirdə böyük toplantı keçiriləcəyini dedi.

İclasda TÜRKPA katibliyinin maliyyə Əsasnaməsi, TÜRKPA-nın Göstərdiyi Xidmətlərə görə Medalları və Medal vəsiqələrinin Əsasnaməsi, 2017-ci il üçün Assambleya Katibliyi büdcəsinin icrasının illik auditi, TÜRKPA-ya üzv dövlətlərin terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyə dair ortaq mövqeyinin müəyyənləşdirilməsi üzrə hesabat məruzəsi müzakirə olundu.

İclasın yekun sənədləri Assambleyanının plenar sessiyasına təqdim olunacaq.

Daha çox xəbərlər