Sən “mənfi enerji” mənbəyisən
İş yerində heç kim səni sevmir. Bu hal ya müdirinin səninlə yaxın olduğu və tərifləndiyin, ya da kiminləsə dalaşıb, xəbərçilik etdiyin vaxt baş verir. İşdəki ab-havada hamı səni günahlandırır. İş yoldaşların səni “mənfi enerji” mənbəyi kimi qiymətləndirir.
ARANTV.AZ xəbər verir ki, bu hal bir çoxlarının həyatında tez-tez rast gəldikləri xoşagəlməzlikdir.
Bu uğursuzluğun ilk olaraq öz mənfi emosiyalarından və özünəinamsızlıqdan irəli gəlir. Yaxşı olar ki…
· Müdirinin səni təriflədiyini iş yoldaşlarının yanında danışma. Və müdirindən xahiş et ki, onların yanında sənin işindən razı olduğunu deməsin. Hətta mümkünsə, arada səni danlasın da.
· Bu təriflərin səni dəyişdirmədiyini, buna əhəmiyyət vermədiyini onlara de.
· Çalış, kimsə söhbət edərkən, özünü onlara qulaq asmayan göstər. Qoy, səni xəbərçi hesab etməsinlər.
· İş stolunun üstünə əsgər və ya əjdaha fiquru qoy. O, səni mübarizələrdən, başqalarının pis nəzərindən qoruyacaq.
· Siyirmədə üzərinə gözmuncuğu yapışdırılmış maqnit parçası gizlət.
axşam.az

