Bakıda gənc oğlan sevdiyi qızı küçədə bıçaqlayıb öldürdü- QANLI CİNAYƏTİN TƏFƏRRÜATI
ARANTV.AZ xəbər verir ki, hadisə Nizami rayon ərazisində baş verib. Qara Qarayev prospeki 21 saylı evin həyətində üzərində çoxsaylı bıçaq xəsarətləri olan 1993-cü il təvəllüdlü İlahə Yusubovanın meyiti aşkar edilib.
Fakta görə rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi lə cinayət işi başlanılıb.
Həmin gün 25 yaşlı Babək Əliyev Sabunçu rayon 14-cü polis bölməsinə gələrək könüllü İlahə Yusubovanı bıçaqla vurub öldürməsini etiraf edib.
İstintaqla müəyyən edilib ki, Babək Əliyev təxminən 2 ilə yaxın görüşdüyü tanışı İlahə Yusubovanın valideyinlərinin onunla ünsiyyət saxlamasına və evlənməsinə razılığ verəmdikləri üçün onunla qoşuluq qaçmaq təklifini etmək istəyib. Razı olmadıqda isə qızı qisas məqsədi ilə qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə hadisə baş verən günü səhər saat 6:00 radələrində evdən götürdüyü mətbəx bıçağı ilə silahlanıb İlahənin Maştağa qəsəbəsində yaşadığı evin qarşısına gəlib. Saat 9:00 radələrində İlahə atasının maşını ilə evdən çıxıb şəhər istiqamətinə getdiyini görüb və tanımadığı avtomobillə metronun “Koroğlu” stansiyasına gəlib.
İlahə Yusubovaya çatıb və münasibətlərinə aydınlıq gətirmək məqsədi ilə onunla birlikdə “Qara Qarayev” stansiyasına gedib. Metrodan çıxıb Qarayev prospektindəki 21 saylı evin həyətinə gələrək skamyada əyləşiblər. Söhbət əsnasında Babək İlahəyə evlənmək üçün ona qoşuluq qaçmağı təklif edərkən sonuncu həmin təklifi rədd edib. Bundan əsəbləşən Babək qıza əl və ayaqları ilə zərbələr vurub yerə yıxıb. Daha sonra qızın üzərində oturaraq onun bədəninin müxtəlif nahiyyələrinə 15 ədəd bıçaq zərbələri vurub.
İş üzrə dindirilən Babək Əliyev valideynləri ilə Maştağa qəsəbəsindəki yeni tikililərdə yaşadığını bildirib. 2014-cü ildə tanış olduğu İlahə Yusubova ilə aralarında sevgi münasibətləri yaranıb. Hadisədən 1 ay əvvəl elçi göndərməsi barədə fikrinin olmasını İlahənin valideynlərinə çatdırsa da onlar razı olmayıblar. Bir müddət sonra Babək oların evinə gedərək qızın anası ilə görüşüb. Söhbət əsnasında qadın ailə qurmalarına qəti sürətdə razı olmadığını bildirib.
Bundan sonra Babək qızla görüşüb onun fikrini öyrənmək istəyib. Razı olsa onunla qoşulub qaçar əks halda onu öldürmək qərarına gəlib.
Sonuncu görüş zamanı növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovanı xüsusi amansızlıqla qətlə yetirib.
Daha sonra Babək İlahənin tərpənmədiyi görüb hadisə yerindən qaçaraq Bakıxanov qəsəbəsinə kimi piyada, ordan avtobusla Maştağada yerləşən polis bölməsinə gedib.
Məhkəmə prosesində Babək Əliyev ittiham üzrə özünü tam təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirməyib.
Sonda məhkəmənin hökmü ilə 1990-cı ilə təvəllüdlü Babək Əliyev xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.
Ölkə.Az

