Dünya 

İranda hava taksiləri istifadəyə veriləcək

İranın Simnan vilayətinin mərkəzi aeroportunda iqtisadi fəalları və investorları daşımaq üçün hava taksilərinin istifadəyə verilməsi nəzərdə tutulur.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu İranın Simnan vilayəti Sənaye Şəhərcikləri Şirkətinin icraçı direktoru Həsən Al-Buyə deyib.

Onun sözlərinə görə, paytaxt Tehranda bir çox iqtisadi fəalın ofisi var və hava taksilərinin istifadəyə verilməsi onların Simnan vilayətinə gətirilməsində çox əhəmiyyətlidir.

Al-Buyə əlavə edib ki, Simnanın mərkəzində bu imkanın yaradılması vilayətdə investisiya strukturlarını möhkəmləndirəcək. Eyni zamanda, ölkənin və dünyanın müxtəlif yerlərinə məhsul ixracına təkan verəcək.

Daha çox xəbərlər