Hadisə 

Bakıda sərnişin avtobusu qəza törətdi – Məşhur jurnalistin dişləri sındı – FOTO

Ötən gün axşam saatlarında paytaxtda sərnişin avtobusu qəza törədib.

ARANTV.AZ  xəbər verir ki, hadisə metronun “28 May” stansiyası yaxınlığında qeydə alınıb.

Əldə etdiyimiz məlumata görə, 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu sürücüsünün ehtiyatsızlığı nəticəsində evakuatorla toqquşub. 4-5 sərnişinin ağır xəsarət aldığı deyilir. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdiriliblər.

Xəsarət alanlar arasında “Xəzər” televiziyasının redaktoru Zakirə Zakirqızı da var. Kəllə-beyin travması alan məşhur xanım jurnalistin dişləri sınıb, tökülüb.

Zakirə Zakirqızı hazırda həkim nəzarətindədir.

milli.az

Daha çox xəbərlər