Azərbaycan Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 109-cu sessiyasında təmsil olunur
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Bəhreyn Krallığında keçirilən Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 109-cu sessiyasında təmsil olunur. Tədbirə 40-a yaxın ölkədən 100-dən çox nümayəndə heyəti qatılıb. Sessiyada ölkəmizdə turizm sənayesinin inkişafı üçün görülən işlər və həyata keçirilən islahatlar, həmçinin bu islahatların müsbət nəticələri haqqında məlumat verilib. Bu il oktyabrın 18-də Azərbaycanın yeni turizm imici və loqosu açıqlanıb. Bildirilib ki, yeni brendin noyabrda Londonda keçiriləcək Dünya Səyahət Bazarı beynəlxalq turizm sərgisi çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim oluncaq. Qeyd edək ki, BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti – 110-cu sessiyası 2019-cu ildə Bakıda keçiriləcək.

