Gündəm 

Qitələrarası transmilli fiber-optik layihələrdə Azərbaycanın mövqeyi önəmlidir

ARANTV.AZ xəbər verir ki, “Azərbaycan şərqlə qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttin inşasında mühüm rola malikdir. Biz komunikasiya texnologiyaları sahəsində həyata keçirdiyimiz beynəlxalq fəaliyət proqramlarının Azərbaycan dövləti tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk.” Bu fikirlər Beynəlxalq Telekomunikasiya İttifaqının Baş katibi Hulin Zaoya məxsusdur.

Beynəlxalq Telekomunikasiya İttifaqının Birləşmiş Ərəb Əmirliklərində keçirilən konfransında innovativ texnologiyaların inkişafı üzrə “Əlaqəlilik – 2020” layihəsinin fəaliyət proqramı müzakirə edildi. Nəqliyat, Rabitə və Yüksək texologiyalar naziri Ramin Quluzadə İKT-nin inkişafı istiqamətində Azərbaycan dövlətinin mühüm siyasi addımlar atdığını bildirdi. Azərbaycanda informasiya cəmiyətinin inkişafına dair milli strategiya mövcuddur – deyən nazir həyata keçirilən infrastruktur layihələrə diqqət çəkdi. Ölkəmizdə əhalinin 80 fazindən çoxu internet istifadəçisidir. Hər 100 nəfərə düşən mobil abunəçinin sayı 106-a çatıb. Azərbaycan rəsmisi kiçik və orta biznesin startap imkanlarını artırmaq məqsədilə Bakıda yaradılması nəzərdə tutulan İnnovasiya Mərkəzi barədə də məlumat verdi. Beynəlxalq Telekomunikasiya İttifaqının Baş katibi Hulin Zao Azərbaycanın İttifaq Şurasına üzvlük müddətindəki fəaliyətini müsbət qiymətləndirdi. Baş katib təşkilat üzvləri tərəfindən dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin icrasında Azərbaycanın mühüm rola malik olduğunu dedi.

Səlahiyətli konfrans çərçivəsində Azərbaycan günü də təşkil olundu. İttifaq üzvləri üçün milli şirniyat nümunələrindən ibarət çay süfrəsi açıldı.

Beynəlxalq Telekomunikasiya İttifaqının səlahiyətli konfransı işini noyabrın 16-da başa vuracaq.

 

Daha çox xəbərlər