Hadisə 

Yevlaxda 64 yaşlı velosipedçini maşın vurdu

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib.

Ağır xəsarət alan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyilə xəstəxanaya çatdırılıb.

Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər