Gündəm 

1- ci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycan da təmsil olunacaq

ARANTV.AZ xəbər verir ki, Azərbaycan istehsalçıları daha bir beynəlxalq sərgidə iştiraka hazırlaşır. Noyabrın 5-dən 10-dək Şanxayda keçiriləcək birinci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycan nümayəndə heyəti də təmsil olunacaq. Sərgi çərçivəsində nümayəndə heyəti müxtəlif bölmə iclaslarında çıxış edəcək, Çin rəsmiləri ilə görüşəcək. Sərginin kənd təsərrüfatı və qida məhsulları bölmələrində Azərbaycanın iki pavilyonu fəaliyyət göstərəcək. Pavilyonlarda “Made in Azerbaijan” brendi ilə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar və xidmətlər nümayiş ediləcək. Təxminən 130 ölkədən 3 mindən çox şirkətin təmsil olunacağı tədbir Çində idxal məhsullarının ilk ən böyük sərgisidir.

Daha çox xəbərlər