Paytaxtda avtomobil qəzasına düşən sürücü xəstəxanada öldü
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, sentyabrın 22-i saat 10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Seyfullayevin idarə etdiyi “Niva” və Mirövsət Səmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən M.Səmədov sentyabrın 23-də orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

