Tərtər sakininin evindən odlu silah götürülüb
Tərtər rayon sakininin evindən odlu silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini S.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

