Hadisə 

Qəza nəticəsində VAZ iki yerə parçalandı – FOTO

Goranboyda avtomobil toqquşmadan sonra parçalanıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21 012” markalı minik maşınları toqquşub.

Hadisə nəticəsində iki nəfər – Səfiyarzad Səfiyar və Rafiq Mehdiyev xəsarət alaraq, Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı “VAZ 2106” markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər