Hadisə 

Quba və Siyəzəndə meşə yanğınlarının söndürülməsinə helikopterlər cəlb olundu

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və Qırlar kəndlərinin, həmçinin Siyəzən rayonunun İsnov kəndi yaxınlığında (Şabran rayonu ilə sərhəddə) meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

ARANTV.AZ xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

milli.az

Daha çox xəbərlər

Leave a Comment