Cəmiyyət 

Bakıda 21 yaşı gənc itkin düşüb

Şəkidə övladlığa götürülən uşaq müəmmalı yoxa çıxıb.

ARANTV.AZ-ın məlumatına görə, Şəki rayonu Orta Zəyzid kəndində yaşayan Abbasov Rafiq Musa oğlunun övladlığa götürdüyü 1997-ci il təvəllüdlü Abbasov Çingiz Rafiq oğlu itkin düşüb.

Abbasov Çingiz Balakən rayonunda anadan olsa da, Şəki rayon Orta Zəyzid kəndində qeydiyyatda olub.

5-6 ay əvvəl Bakı şəhəri, Binəqədi rayonuna gedib. Orada yaşamağa başlayan Abbasov Çingiz ailəsi ilə əlaqə saxlamayıb.

Atası Abbasov Rafiq oktyabrın 29-dan bu günə qədər oğlunun telefonuna zəng çatmadığına və oğlundan heç bir xəbər almadığına dair Şəki rayon Polis Bölməsinə məlumat verib.

Faktla bağlı Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinə araşdırma başladılıb.

oxu.az

Daha çox xəbərlər