Dünya 

Belçika şirkəti rus təyyarələrindən imtina etdi

Belçikanın “Brüssels Eyəlayns” aviaşirkəti Rusiyanın Suxoy Superjet 100 sərnişin təyyarələrindən istifadədən imtina edib.

ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belçikanın “Lecho” qəzeti məlumat yayıb. Bu təyyarələrin 1 mart 2019-cu ildən etibarən Kanadanın “Bombardier” təyyarələri ilə əvəz ediləcəyi bildirilib.

Qeyd edək ki, Belçika aviaşirkəti 2017-ci ildə 4 rus təyyarəsini İranlandiyanın “Sitijet” aviaşirkətindən lizinqlə alıb. Belçika şirkəti məhz bu təyyarələrdəki nasazlıq ucbatından cari ildə dəfələrlə reyslərini ləğv etməli olub.

Daha çox xəbərlər