Hadisə 

Bərdədə yol qəzası — Yaralananlar var

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Soğanverdilər kəndində qeydə alınıb.

“VAZ-2107” markalı minik avtomobilinin digər avtomobillə toqquşması nəticəsində avtomobilin sürücüsü və sərnişinləri – 1986-cı il təvəllüdlü Abbasov Nemət Şakir oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Asif Rizvan oğlu, 1993-cü il təvəllüdlü Fərhadlı Loğman Cabir oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

report

Daha çox xəbərlər