Dünya 

Moskvada koronavirusdan daha 62 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 62 nəfər ölüb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 62 xəstə dünyasını dəyişib”.

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı sutka ərzində 1 072 olmaqla 395 816-a, xəstəlikdən ölənlərin sayı isə 6 442-ə yüksəlib.

Daha çox xəbərlər