Cəmiyyət 

Abadlıq-quruculuq işləri davam etdirilir

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırlamasına diqqət yetirilir. Bir çox küçə və prospektdə yaşayış  binaları və parkların müasir, zövq oxşayan üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir. Bakının hər yerində olduğu kimi Yasamal  rayonunda da abadlıq işləri aparılır. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində məhəllələrdə “nümunəvi həyət”lərin salınması görülən işlərin tərkib hissəsidir. Rayon ərazisində 17 yeni abad məhəllənin salınması ilə bağlı işlər görülür. Bu məhəllələrdən bir neçəsi, o cümlədən Hüseyn Cavid prospekti 518-ci məhəllədəki abad həyət artıq sakinlərin istifadəsinə verilib.

Ümumiyyətlə, abad həyət salınan məhəllələrdə özbaşına zəbt edilən müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, təmizlik işləri aparılıb. Abadlaşdırılan və yenidən qurulan Hüseyn Cavid prospekti 518-ci  məhəllədəki asfalt örtüyü tamamilə yenilənib. Həyətin işıqlandırma sistemi tam təmin olunub. Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir edilib. Həmin massivdə uşaq əyləncə, futbol meydançaları, oturacaqlar, işıq dirəkləri quraşdırılıb. Yeni yaradılan abad həyətlərin açılışlarında sakinlərlə açıq mikrafon günü təşkil edildi, sakinlərin qaldırdıqları məsələlərin həlli üçün tapşırıqlar verildi. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi və “Məktəb bağları” layihəsi də uğurla reallaşdırılır.

Daha çox xəbərlər