Rəsmi Yerevan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə
İlin sonuna qədər Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zoqrab Mnatsakanyan və Elmar Məmmədyarovun daha bir görüşü baş tutacaq.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan brifinqdə məlumat verib.
“Mnatsakanyan dekabrın 6-7 də ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Həmsədrlər tərəfindən təklif gəlib ki, iclas çərçivəsində görüş keçirilsin. Görüş barədə məlumat təsdiqlənən kimi bu barədə ictimaiyyətə məlumat veriləcək”,- deyə Naqdalyan qeyd edib.

