Rusiyada tibbi maskadan istifadə məcburi oldu
Rusiyada kütləvi yerlərdə – ictimai nəqliyyatda, avtomobil dayanacaqlarında və liftlərdə tibbi maskadan istifadə məcburi olub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bununla bağlı “Rospotrebnadzor” tərəfindən müvafiq qərar yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul olunub.
“Rospotrebnadzor” əyləncə tədbirlərinin və ictimai-iaşə müəssisələrinin fəaliyyətinin saat 23:00-dan 06:00-dək dayandırılmasını da tövsiyə edib.

