Balakənin “Qoşa Qala qapısı” Azərbaycan bayrağının rənglərinə bürünüb
Balakən rayonunun girişində, Katex kəndinin ərazisində yerləşən “Qoşa Qala qapısı” Müzəffər Ordumuzun Qarabağ cəbhəsindəki uğurlarının şərəfinə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, milli memarlıq üslubunda yerli tikinti materialları və çay daşından inşa edilən “Qoşa Qala qapısı”nın eni 26, hündürlüyü isə 15 metrdir. Balakənin rəmzinə çevrilən bu abidə rayonun girişinə xüsusi yaraşıq verərək, gələn qonaqlarda xoş təəssürat yaradır. Abidənin gecə görünüşü xüsusilə diqqəti cəlb edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

