Gündəm 

Ermənistan bir tərəfdən münaqişənin sülh yolu ilə həllindən danışır, digər tərəfdən isə təxribatlara əl atır – Prezidentin köməkçisi

Ermənistan bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən danışır, digər tərəfdən isə danışıqlara zərbə vuran təxribatlara əl atır.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müharibənin sülh yolu ilə həlli yoxdur deməsi, son hərbçisinə qədər mühariəni davam etdirəcəyi və Azərbaycana torpaqların qaytarmayacağı haqda dedikləri danışıqlar prosesinə bir zərbədir.

H.Hacıyev bildirib ki, nəticə o zaman olar ki, qarşı tərəf konstruktirv olsun, ancaq biz bunu görmürük.

Daha çox xəbərlər