Gündəm 

“Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı terror törədir”

Bu gün Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı terror əməlləri törədir.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, xarici ölkələrdə Ermənistanın ASALA və digər terror təşkilatları fəaliyyət göstərir: “Ona görə də vətəndaşlarımıza ayıq-sayıq olmağı tövsiyə edirik. Xaricdə olan Azərbaycan vətəndaşlarına, diaspor nümyənədlərinə qarşı terror əməlləri törədilə bilər. Bu səbəbdən xaricdə olan vətəndaşlarımız diqqətli olmalıdır”.

Daha çox xəbərlər